Atambayevin evinə hücum zamanı xəsarət alanların sayı artıb

Atambayevin evinə hücum zamanı xəsarət alanların sayı artıb

Xüsusi təyinatlıların Qırğızıstanın keçmiş Prezidenti Almazbek Atambayevin Koy-Taş kəndindəki evinə hücumu zamanı travma alanların və yaralananların sayı artıb.

TASS xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, tibbi yardım üçün müraciət edənlərin sayı 48 nəfərə çatıb. Onlardan doqquzu ambulator müalicəyə göndərilib.

Məlumata əsasən, xüsusi təyinatlının döyüşçüsü aldığı yaralardan həlak olub. Dörd nəfər güllə yarası ilə xəstəxanaya yerləşdirilib.

8-08-2019, 09:59



Fikirlər