Azərbaycanda hava limanının rəisi vəzifədən azad edildi

Azərbaycanda hava limanının rəisi vəzifədən azad edildi
Dövlət Sərhəd Xidmətinin yüksək vəzifəli xidmət rəisi işdən azad olunub
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dünən DSX rəisi, general-polkovnik Elçin Quliyevin əmri ilə Xidmətin Hava limanında Baş İdarə rəisi, polkovnik Gündüz Bağırov vəzifəsindən azad olunub. Onun işdən çıxarılmasına səbəb isə işində yol verdiyi qüsurlar olub. Rəisin yerinə artıq təyinat olduğu bildirilir. İşdən azad olunan polkovnikin məsələ ilə bağlı mövqeyini də öyrənməyə çalışdıq. O, “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda məzuniyyətdədir və məsələdən xəbərsizdir.

DSX-nın mətbuat xidmətindən də “Qafqazinfo”ya bu barədə məlumatlı olmadıqlarını bildiriblər.

Əldə etdiyimiz məlumata görə, bir neçə ay əvvəl də sözügedən xidmət rəisinə komandan tərəfindən töhmət verilib.

Dövlət Sərhəd Xidmətinin Hava Limanında Xidmət Baş İdarəsinə təyinat həyata keçirilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Qəbələ Hava Limanının rəisi, mayor Babək Orucov Dövlət Sərhəd Xidmətinin Hava Limanında Xidmət Baş İdarəsinə VİP ximdəti bölməsinin rəisi təyin olunub. Babək Orucovun dünən vəzifədən azad olunan polkovnik Gündüz Bağırovun vəzifəsini icra edib-etməyəcəyi bizə məlum deyil.

15-04-2015, 16:27



Fikirlər