Oğru qardaşlar tutulublar

Oğru qardaşlar tutulublarŞirvan şəhərində oğurluq etməkdə təqsirləndirilən qardaşlar tutulublar. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, onlar Sabirabad rayonunun Nəsimi kənd sakinləri - 1993-cü il təvəllüdlü Məhəmməd Aydın oğlu Sadıqlı və onun əvvəllər dəfələrlə məhkum olunan qardaşı, 1989-cu il təvəllüdlü Ruşan Aydın oğlu Sadıqovdur.

Qardaşlar qabaqcadan əlbir olaraq, Şirvan şəhərində 6 mağazadan oğurluq edərək vətəndaşlara xeyli miqdarda maddi ziyan vurmaqda təqsirləndirilirlər. Müəyyən olunub ki, qardaşlar bu ilin yanvar ayından indiyədək Şirvan şəhərində yerləşən mağazalardan ümumi dəyəri 10 min manata qədər olan müxtəlif növ ərzaq məhsulları, elektron avadanlıqları və nəğd pul oğurlayaraq sahibkarlara külli miqdarda maddi ziyan vurublar.

Onlar barəsində cinayət işi başlanıb, Şirvan Şəhər Məhkəməsinin qərarı ilə 2 aylıq həbs-qətimkan tədbiri seçilib.

15-04-2015, 14:59



Fikirlər