Mətbəx sirləri: Bananlı yulaf peçenyeləri

Mətbəx sirləri: Bananlı yulaf peçenyeləriÇox dadlı, şirin, ətirli peçenye alınır. Onun əsasını cəmi iki ərzaq - banan və yulaf lopası - təşkil edir. Zövqünüzə görə başqa quru meyvələr, həmçinin kakao əlavə edə bilərsiniz. 100 q sadə peçenyedə cəmi 88 kkal var.

Tərkibi:

4 banan
400 q yulaf lopası
kişmiş, ərik qurusu, qoz-fındıq, günəbaxan tumu - zövqə görə

Bananları blenderdə xırdalayın, yulaf lopasını əlavə edin. Qatı kütlə alınacaq.

Bunu bir iri qaba tökün, ürəyiniz istəyən digər ərzaqları - qoz-fındıq, araxis, günəbaxan tumu, kişmiş, ərik, incir qurusu və s. əlavə edib qarışdırın. 5 dəqiqə saxlayın ki, xəmir özünü tutsun.

Sonra xəmirdən qaşıqla götürüb perqament döşənmiş siniyə (yaxud silikon siniyə) qoyun.

170 dərəcə qızdırılmış sobada qızılı rəng alınca, kənarlarında qızılı halə əmələ gəlincə bişirin. Təxminən 10-15 dəqiqə edir.

Nuş olsun!

10-12-2014, 10:17



Fikirlər