"Məktəblilərə və tələbələrə üzgüçülük dərsləri keçirilməlidir" - MİLLƏT VƏKİLİNDƏN HÖKUMƏTƏ TƏKLİF

"Məktəblilərə və tələbələrə üzgüçülük dərsləri keçirilməlidir" - MİLLƏT VƏKİLİNDƏN HÖKUMƏTƏ TƏKLİF

Yayın gəlişi ilə ilə eyni vaxtda Bakıda dəniz mövsümü də açılıb. Deməli, şəhər sakinlərimizin Xəzərin sularında həm istirahət etmək, həm də sərinləmək imkanı var. Amma bəzi hallarda pozitiv səslənən bu imkan faciə ilə sonuclanır. Belə ki, rəsmi statistikaya görə, son illər dənizimizdə boğulma halları durmadan artır. Boğulmalar ən çox gənc və yeniyetmələr arasında baş verir.

Görəsən buna səbəb nədir? İnsanlar üzə bilmir, dəniz dibi korlanıb, yoxsa boğulanlar nəzarətsiz yerdə çimir?

Turizm üzrə ekspert Ceyhun Aşırov anews.az saytına açıqlamasında bildirdi ki, boğulmalarla bağlı hər yay eyni hal təkrarlanır. Göldə batanların, dənizdə boğulmaların əsas səbəbi budur ki, adamlar ehtiyatsızlığa yol verir. Belə hadisələr ən çox nəzarətsiz çimərliklərdə qeydə alınır. Mütləqdir ki, insanların çimdikləri yerlərdə xilasedicilər, işarələr olsun. Çünki dənizin elə əraziləri var ki, orda kəskin dərinləşmə ola bilər. Üzə bilməyən insan ehtiyatsızlıqdan dərinə gedir və xilas olma şansı azalır.” Ya da elə hal olur ki, sadəcə xilasedici orda olmur, nəzarətsiz bir ərazidə çimirlər, hətta bəzən xilasedici onu xilas edə bilmir. O cür hallarda yalnız peşəkar üzücülər o sahəni bilən adamlar kömək etməlidir. Kimsə üzə bilirsə o demək deyil ki, bu halda kömək edə bilər. Fikrimcə, xilasedicilər xüsüsi təlimlər keçməlidir. İnsanlar davamlı olaraq maarifləndirmə və nəzarətsiz ərazilərdə çimməkdən imtina etməlidir. Ən vacib amillərdən biri əhalinin özünün məlumatlı olmasıdır. Təssüflər olsun ki, bizim gənclər və yeniyetmələr belə risklərə çox gedir. Hətta içkili vəziyyətdə üzə biləcəyini düşünüb və sonucda belə bədbəxt hadisələrə gətirəcək səbəb ortaya çıxır”, - deyə ekspert əlavə etdi.

Onun fikrincə, çimərlik əraziləri sahibkarların ixtiyarına verilməli , sahibkarlar orada müəyyən xidmətlər həyata keçirilməli, təhlükəsiz şərait yaradılmalıdır. Əvəzində dövlət sahibkarlara vergi güzəşti etməlidir ki, bu da çimərliklərdə qiymətlərin aşağı olmasına gətirib çıxardacaq.

Ekspertin sözlərinə görə, dünyanın bir çox ölkələrində bu xidmətlər bu formada tətbiq olunur.

”Dünya pratikasında nəzarət daha güclüdür. Düşünürəm ki, bunu sahibkarların nəzarətinə versək daha uğurlu olar. Və ya dövlət özü xalq çimərliyi yaradıb özü hansısa nümayəndələrini həmin ərazilərə nəzarətçilər yerləşdirə bilər. Hər bir halda inizbati formada nəzarət güclü olmalıdır. Ən müasir metodu isə çimərliklərin hasarlanması yox tam açıq olmasıdır. Düşünürəm ki, bu standartlar bizim ölkədə də tətbiq edilməlidir”, - deyə Aşırov vurğuladı.


Millət vəkili Aydın Mirzədadə isə qeyd etdi ki, bu cür hadisələrin baş verməməsi üçün böyük profilaktik iş aparılmalıdır. Mümkün qədər çox məktəbli və tələbələrə üzmək öyrədilməlidir. Orta məktəblərin yuxarı siniflərində və ali məktəblərdə yay mövsümünə yaxın suda təhlükəsizlik qaydaları öyrədilməlidir. Çimərlik mövsümündə telekanallarda və saytlarda bu problemlə bağlı sosial çarxlar və reklamlar yerləşdirilməlidir. Demək olar ki, hər bölgədə olimpiya kompleksləri var. Onların imkanlarından istifadə etməklə də üzməyi öyrənmək olar.

"Fikrimcə, bu məsələ hökumət səviyyəsində həll edilə bilər. Orta məktəblərin yuxarı sinif şagirdlərinin bədən tərbiyəsi dərslərinin bir hissəsi üzgüçülük hovuzunda keçirilsin və onlara üzgüçülük öyrədilsin. Bunun üçün təhsil nazirliyinə əlavə vəsait ayrılmalıdır” – deyə millət vəkili təklif edir.

31-07-2019, 10:33



Fikirlər