Mətbəx sirləri: Toyuqlu kumpir

Mətbəx sirləri: Toyuqlu kumpirTərkibi:

250 q toyuq filesi
6 ədəd orta boy kartof
su
1 yerkökü
1 x.q. kərə yağı
1 armudu st. yaşıl noxud konservi
1 armudu st. sürtgəcdən keçirilmiş holland pendiri
cəfəri
duz
istiot

Kartofları yuyun, qazana yığıb üzərinə çıxacaq qədər su tökün. 15 dəqiqə bişirin. Qazandan çıxarın, bıçaqla ortasını çərtin. Çay qaşığıyla kartofların içini bir qədər oyun, oyduğunuzu xırda doğrayın.

Toyuq ətini və yerkökünü kubik doğrayın, kərə yağında qovurun. Doğradığınız kartofla qarışdırın, noxud, sürtgəcdən keçirilmiş holland pendiri, xırda doğranmış cəfəri, duz, qara istiot vurub qarışdırın, içini oyduğunuz kartofların içinə doldurun. Süfrəyə isti-isti verin.

Nuş olsun!

14-04-2015, 15:22



Fikirlər