Məşhur nəslin mənsubu qəzaya düşdü: 4 yaralı

Məşhur nəslin mənsubu qəzaya düşdü: 4 yaralıİmişli rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, hadisə bu gün saat 12 radələrində Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun İmişlinin Rəsullu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İmişli rayonu istiqamətində hərəkətdə olan Ziyəddin Şadlinskinin idarə etdiyi “QAZ 24” markalı avtomobillə əks istiqamətdən gələn Elsəvər Ağakişiyevin sükan arxasında olduğu “VAZ 21 05” markalı avtomobil toqquşub. Nəticədə “VAZ 2105”-in sürücüsü və sərnişin Pünhan Həsrətoğlu yüngül yaralanıblar. “QAZ 24” markalı avtomobildə olan sərnişinlər Yuri Medvedev və Nadir Hüseynov müxtəlif dərəcəli sınıq xəsarətləri alıblar. Yaralılar dərhal Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası İmişli Rayon Regional Məntəqəsinə çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

14-04-2015, 15:06



Fikirlər