Qəzaya uğrayan hərbi pilotun fotosu yayıldı

Qəzaya uğrayan hərbi pilotun fotosu yayıldı

Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizində qəzaya uğraması nəticəsində itkin düşən pilot polkovnik-leytenant Rəşad Atakişiyevin görüntüsü yayılıb.
Fotonu Azvision.az paylaşıb.

Qeyd edək ki, hadisə iyulun 24-də saat 22:00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən zaman baş verib. MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.
Pilotun axtarışı həyata keçirilir.
Faktla bağlı cinayət işi açılıb. Hərbi Prokurorluqda qurumun təcrübəli və peşəkar işçilərindən ibarət istintaq qrupu yaradılıb. Hərbi Prokurorluğun rəhbərliyi də istintaq qrupu ilə birlikdə hadisə yerinə gedib.

25-07-2019, 15:40



Fikirlər