Bakıdakı bir evə üç meyit "bağışlayan" avtobus qəzasının VİDEO görüntüsü

Bakıdakı bir evə üç meyit "bağışlayan" avtobus qəzasının VİDEO görüntüsüÖtən gecə Bakıda minik avtomobilinin avtobusla toqquşması nəticəsində baş verən ağır yol qəzasında 4 nəfər ölüb. Milli.Az xəbər verir ki, onlardan 3-ü bir ailənin üzvləridir. Aprelin 12-si, saat 23:40 radələrində, Sabunçu qəsəbəsi, Şəhər şossesi küçəsində 54 yaşlı Qabil Ələkbərovun idarə etdiyi 105 saylı xətt üzrə hərəkət edən “İveko Otoyol” markalı avtobusla 35 yaşlı Vidadi Sərdarovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil toqquşub.

Hadisə nəticəsində V.Sərdarov, maşında olan qardaşları, 23 yaşlı Etibar, 52 yaşlı İlqar Orucovlar və onun 25 yaşlı oğlu Elçin hadisə yerində ölüblər.

13-04-2015, 18:15



Fikirlər