Azərbaycanda 4 nəfər qız qaçırdı

Azərbaycanda 4 nəfər qız qaçırdı19 yaşlı qız qaçırılaraq Sabirabada aparılıb
Bərdə rayonunun Bəcirəvan kənd sakini Fəxrəddin Qarayev qızının oğurlanması barədə pois şöbəsinə şikayət ərzəsi ilə müraciət edib.

Anspress-in verdiyi məlumata görə, şikayət daxil olduqdan sonra əməliyyatçılar araşdırmaya başlayıblar.

Araşdırmalar zamanı məlum olub ki, kənd sakini 19 yaşlı Aysel Baratlı öz həmkəndliləri 41 yaşlı Seyfəddin Quliyev, Elnur Süleymanov, Amil və Zamiq Əliyevlər tərəfindən kənddəki gözəllik salonundan çıxarkən qaçırılıb. Onlar qızı zorla avtomobilə mindiriblər. Həmin şəxslər qızı Sabirabad rayonuna aparıblar.

İşi araşdıran müstəntiq Çingiz Paşayev anspress-ə verdiyi məlumata görə, qızı ailə qurmaq məqsədilə qaçırıblar.

“Ailə qurmaq məqsədiylə qaçırıblar. Amma zor tətbiq etməklə, yəni zərəçəkmişin iradəsinə zidd olaraq, onun razılığı olmadan qabaqcadan qrup təşkil edərək onu qaçırıblar”, - deyə Çingiz Paşayev bildirib.

Qaçırılan Aysel artıq ailəsinə təhvil verilib. Evlənmək üçün bu addımı atdığını deyən Amil Əliyev isə indi törədiyi hadisədən peşmandı.

“Bir səhvdi etmişəm də... Çox peşmanam”, - deyə təqsirəndirilən Amil Əiyev bildirib.

Qeyd edək ki, adam oğurluğunda təqsirləndirilən Amil Əliyevi 5 ildən 10 ilə qədər həbs cəzası gözləyir. Polis hazırda hadisədə digər şəxslərin iştirakının olub olmadığını araşdırır.

13-04-2015, 18:01



Fikirlər