Onlardan biletlərin 500 qatını alacaqlar

Onlardan biletlərin 500 qatını alacaqlar
Kütləvi idman yarışları zamanı saxta yolla baha qiymətə bilet satanlara qarşı cərimələr tətbiq ediləcək. Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Rauf Əliyev Trend-ə bildirib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi nəzərdə tutulur.

Dəyişikliyə əsasən, kütləvi idman yarışları zamanı saxta yolla baha qiymətə bilet satan vəzifəli şəxslər 2 min manatdan 5100 manata qədər, hüquqi şəxslər isə 5 min manatdan 7 min manata qədər məbləğdə cərimə olunacaqlar.

R.Əliyev deyib ki, bəzən idman yarışlarında bilet qabaqcadan alınır, sonradan qara bazarda başqa qiymətə satılır. O bildirib ki, bu kimi neqativ halların qarşısının alınması üçün qanuna dəyişikliklər edilir.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərin Milli Məclisin Sosial siyasət komitəsinin aprelin 13-də keçiriləcək iclasında müzakirə edilməsi nəzərdə tutulur.

13-04-2015, 17:22



Fikirlər