Silahlılar Suriyada yaşayış məntəqələrini atəşə tutublar

Silahlılar Suriyada yaşayış məntəqələrini atəşə tutublar

Silahlılar Suriyanın Latakiya, Hələb əyalətlərinin yaşayış məntəqələrini və Hama şəhərini atəşə tutublar.

Realnews.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Aleksey Bakin bildirib.

A.Bakin qeyd edib: "Sutka ərzində silahlılar Latakiya əyalətinin Safsafa, Hələb əyalətinin Məkaniyə-Əd-Dubari yaşayış məntəqəsini və Hama şəhərini atəşə tutublar".

12-07-2019, 10:59



Fikirlər