Piyadadan 10 manat rüşvət alan polislər - İŞDƏN ÇIXARILDI

Piyadadan 10 manat rüşvət alan polislər - İŞDƏN ÇIXARILDI

Bakıda piyadadan 10 manat rüşvət alan polislər işdən çıxarılıb.

Realxeber.org - in Unikal.org-a istinadan əldə etdiyi məlumata görə, polis əməkdaşları barədə Bakı Şəhər Baş Polis İdarəsində aparılan xidməti yoxlama zamanı müəyyən olunub ki, mətbuatda yayılan videogörüntülər iyunun 29-da Binəqədi rayonu Azadlıq Prospekti ilə Axundov küçəsinin kəsişməsində yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçən piyadalara qarşı profilaktik tədbirlər zamanı baş verib.

Polis serjantları Elvin Əhmədov və Ceyhun Nəsrullayev yolu müəyyən edilən yerdən keçən piyadalara dayandırmanın səbəbini izah etsələr də heç bir sənədləşdirmə aparmayıblar. "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun və "DİO əməkdaşlarının etik davranış kodeksi”-nin tələblərini pozduqlarına görə, "Azərbaycan Respublikasının daxili işlər Orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddənin 9-cu bəndinə əsasən Binəqədi RPİ Dövlət Yol Polis şöbəsinə Binəqədi RPİ Post Patrul Xidməti Bölüyündən ezam olunmuş əməkdaşlar aparılan xidməti yoxlamanın nəticəsinə görə, Bakı şəhər BPİ rəsinin müvafiq əmri ilə daxili işlər orqanlarından xaric edilib.

Anews.az bildirir ki, sözügedən xəbəri Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Unikal.org-a təsdiqləyib.

8-07-2019, 13:28



Fikirlər