Uşaqları daşıyan azərbaycanlı qəzaya düşdü: 2 uşaq öldü

Uşaqları daşıyan azərbaycanlı qəzaya düşdü: 2 uşaq öldüBu gün səhər saatlarında Rusiyanın Leninqrad vilayətində Azərbaycan vətəndaşının iştirakı ilə ağır yol qəzası baş verib.

RealNews.Az "Report"a istinadən bildirir uki, hadisə nəticəsində “Mercedes Sprinter” markalı mikroavtobus ilə “Scania” markalı yük maşını toqquşub.
Mikroavtobus Anisimovski qəsəbəsində yerləşən uşaq evinə məxsus olub. Hadisə nəticəsində sürücü və 15-16 yaşlarında iki oğlan uşağı həyatını itirib. Doqquzu uşaq olmaqla daha 10 nəfər xəsarət alıb.

KİV-in azərbaycanlı kimi təqdim etdiyi 42 yaşlı avtobus sürücüsünün əvvəllər 82 dəfə yol hərəkəti qaydalarını pozduğu bildirilir.
Faktla bağlı cinayət işi qaldırılıb.

12-04-2015, 15:20



Fikirlər