Mətbəx sirləri: Mərmər piroq

Mətbəx sirləri: Mərmər piroqKəsmikli-qəhvəli mərmər piroqun hazırlanma qaydasını təqdim edir

Tərkibi:

100 q südlü şokolad (tünd də olar)
4 yumurta
170 q kərə yağı
200 q şəkər tozu
750 q kəsmik
1 limonun şirəsi ilə sedrası
1 x.q. mannı
4 x.q. qarğıdalı nişastası
2 ç.q. vanilli şəkər
4 x.q. kakao tozu
2 x.q. üyüdülmüş qəhvə

Kənarı açılan 24 sm diametrli forma gərək olacaq.

Şokoladı su hamamında əridin. Yumurtaların sarısını ağından ayırın. Kərə yağını şəkər tozu ilə çalın, vanilli şəkər, yumurta sarıları, limonun şirəsini və sedrasını əlavə edin, çalın. Kəsmiyi blenderdə xırdalayın, mannı və nişasta ilə birlikdə əlavə edin. Yumurta ağlarını ayrıca çalıb xəmirə ehtiyatla qatın.

Xəmirin 1/3 hissəsini ayırıb kənara qoyun, qalanını şokolad, kakao və qəhvə ilə qarışdırın.

Şokoladlı xəmirdən 4 xörək qaşığı ayırıb kənara qoyun. Formanı yağlayıb mannı səpin. Şokoladlı xəmiri yayın. Üzərinə açıq rəngli xəmiri yayın. Kənara ayırdığınız 4 x.q. şokoladlı xəmiri ara-bərədə qoyub çəngəlin və ya kibrit çöpünün köməyilə üstdəki xəmirlə yüngülcə qarışdırın (mərmər effekti yaratmaq üçün).

Sobanı 20 dərəcə qızdırın. Alt gözə su ilə dolu sini qoyun. Piroqu orta gözdə 30 dəqiqə bişirin, sonra temperaturu 180 dərəcəyə endirib daha 20 dəqiqə bişirin.

Nuş olsun!

12-04-2015, 15:10



Fikirlər