Çimərlikdə arvadını döyən kişini xəstəxanalıq etdilər - VİDEO

Çimərlikdə arvadını döyən kişini xəstəxanalıq etdilər - VİDEO

Türkiyənin Antalya şəhərindəki çimərliklərin birində arvadını döyən kişi ətrafdakılar tərəfindən xəstəxanalıq edilib.

Metbuat.az Türkiyə mətbuatına istinadən bildirir ki, hadisə vəkil A.Aksoy tərəfindən videoya alınıb. O əvvəlcə arvadını döyən şəxsə bağırıb, xəbərdarlıq edib.

Daha sonra ətrafdakı insanlar da məsələyə qarışıblar. Qadını xilas edən ətrafdakılar kişini döyməyə başlayıblar.

Hadisəni çəkən A.Aksoy deyib:

"Qadın sakit bir şəkildə oturmuşdu, kişi saçından tutub sonra döyməyə baladı. Qışqırıb xəbərdarlıq etdim. Mənim reaksiyamdan sonra ətrafdakılar qarışdı. Qadını xilas edib ərini döydülər, mən də videoya çəkdim".

1-07-2019, 16:22



Fikirlər