Bakı belə yanğın görməmişdi: yaşayış binası alov içində

Bakı belə yanğın görməmişdi: yaşayış binası alov içində 22:10

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Bakıda yaşayış binasında baş vermiş yanğın söndürülüb. Yanğın zamanı 3 nəfər xilas edilib. Binanın fasad hissəsi və iki mənzil yanıb.

---------
20:57

Bakıda yaşayış binasında güclü yanğın baş qaldırıb.

Hadisə şahidlərinin Trend-ə verdiyi məlumata görə, Zığ şosesi, 16 ünvanı, "Nargilə" kafesinin yaxınlığında yenidənqurma işlərinin aparıldığı 9 mərtəbəli yaşayış binalarından birində taxta konstruksiyalar yanır.

Hadisə yerinə 10-a yaxın yanğınsöndürmə briqadası cəlb olunub. Havanın küləkli olması yanğınsöndürənlərin işinə çətinlik törədir.

Sakinlər binadan təxliyə olunub. Hazırda yanğın lokallaşdırılıb.

Xəsarət alanlar barədə məlumat verilmir.

Hadisənin baş vermə səbəbi hələ məlum deyil.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Trend-ə verilən məlumata görə, Nobel prospektinin Zığ şosesi ilə kəsişməsində, "Nargilə" kafesinin arxasında yaşayış binasında baş vermiş yanğın hadisəsi nəticəsində həmin istiqamətlərdə (Ramiz Quliyev küç., Zığ şos., Nobel pr.) sıxlıq yaranıb.

Sürücülərdən xahiş olunur ki, Heydər Əliyev və ya Babək prospektləri ilə hərəkət etsinlər.

--------
20:10

Milli.Az xəbər verir ki, güclü yanğın Nobel prospektində "Nargilə kafesi"i kimi tanınan ərazidəki binada baş verib.

Alov binanı tamamilə bürüyüb.

Binanın sakinləri təxliyyə ediliblər.

Yanğınsöndürmə briqadaları binanın söndürülməsinə cəlb edirlər.

Yanğının əhatə dairəsi həddindən artıq geniş olduğundan və güclü külək əsdiyindən yanğını söndürmək çətinlik törədir.

Yanğın nəticəsində ətrafı qara tüstü bürüyüb. O dərəcə də ki, prospektdən keçən maşınların sürücüləri belə yolu görməkdə çətinlik çəkirlər. Bu səbəbdən prospektə böyük tıxac yaranıb.

Milli.Az hadisə yerində lentə alınmış videonu təqdim edir.

10-04-2015, 22:50



Fikirlər