FHN-nin rəsmisi və Xətai rayon İcra Hakimiyyətinin başçısı dəhşətli yanğından danışdılar

FHN-nin rəsmisi və Xətai rayon İcra Hakimiyyətinin başçısı dəhşətli yanğından danışdılarXətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov bildirib ki, dəqiqləşmə aparılandan sonra kompensasiya məsələsinə də baxılacaq
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev deyib ki, yanğın binanın fasadından başlayıb: "Hava küləkli olduğundan qısa müddət ərzində geniş ərazini əhatə edib. Binanın fasad hissəsi tamamilə, iki mənzil və prospektə baxan hissədəki bir neçə eyvan yanıb".

Milli.Az APA-ya istinadən xəbər verir ki, R. Xudiyev deyib ki, yanğınsöndürənlər 3 nəfər xilas ediblər: "Onlara ilkin tibbi yardım göstərilib. Yanğının qarşısı tamamilə alınıb. Hazırda mənzillərdə yanğın kəşfiyyatı işləri aparılır".

Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov deyib ki, binada 107 mənzil var: "Burda 408 nəfər yaşayır. Hazırda neçə mənzilə ziyan dəydiyi dəqiqləşməyib. Bu dəqiqləşmə aparılandan sonra kompensasiya məsələsinə də baxılacaq". İcra başçısı deyib ki, sakinlərdən bəziləri yaxın qohumlarının evində gecələyəcəklərini bildiriblər: “İstəyənləri yerlə təmin edəcəyik”.

10-04-2015, 22:46



Fikirlər