Erkən ölümə səbəb olan xəstəlik

Erkən ölümə səbəb olan xəstəlik

Arizona universitetinin alimlərinin təhlillərinə görə, ailənin ümumi sağlamlıq analizlərinə əsasən, Alzheimer xəstəliyinə tutulma riski yuxarı olan adamlar, demək olar ki, xəstəliyin aktiv formaya keçməsindən 40 il əvvəl, yeniyetmə həddinə çatdıqdan sonra, onlarda demansın (əqli çatışmazlıq) ilk əlamətləri görünə bilər.

Deyerler.org bildirir ki, tədqiqatda 18-85 yaş arası 59571 nəfər iştirak etmişdir. Alzheimer xəstəliyinə qarşı olan dərmanlardan və müxtəlif effektiv üsullardan istifadə olunur. Lakin bu xəstəliyin ilkin mərhələlərdə təyin edilməsi, onun aradan qaldırılmasında kömək edə bilər. Bu üsullara sağlam həyat tərzini və diabet kimi halların düzgün müalicəsini aid etmək olar.

Hal-hazırda dünyada Alzheimer xəstəliyindən 26 milyon insan əziyyət çəkir və 2050-ci ilə qədər bu sayın dörd dəfə artması gözlənilir. Bu xəstəlikdən əziyyət çəkən xəstələrdə, uzun yaddaş pozuntusu, nitq qüsurları, və idrak disfunksiyası əmələ gəlir və sonda xəstə öz qayğısını çəkə bilməyərək dünyadan gedir.

28-06-2019, 11:44



Fikirlər