Bakıda “Düymə” sərgisinin açılışı olacaq

Bakıda “Düymə” sərgisinin açılışı olacaq Sərgi 22 may tarixinə kimi açıq olacaq.

Aprelin 25-də Kiçik Qala Art qalereyasında "Düymə" adlı sərginin açılışı keçiriləcək.

Oxu.Az xəbər verir ki, "Düymə" sərgisi müxtəlif peşələr üzrə ixtisaslaşan gənc və istedadlı rəssamları bir araya gətirir. Sərginin dörd iştirakçısı yaradıcı konsepsiya əsasında birləşərək, özündə təsviri incəsənət, heykəltəraşlıq nümünələri, qrafik dizayn, installasiya və video-art növlərini birləşdirən işlər yaratmışdır. Hərə öz münasibətini paylaşır, hər birinin fəlsəfəsi xarici və daxili dünya ilə ağlasığmaz parallellər təklif edir. Azərbaycan Dövlət Rəsm Akademiyasının məzunları bir sır xarici və daxili sərgi və layihələrin iştirakçısı olmuşdurlar. Hər birisi öz sahəsində yiyələndiyi təcrübə və biliklərini ümumiləşdirərək, düymə mövzüsunu müxtəlif rakuslardan aşkar edən işlər yaradır. Sərgi 22 may tarixinə kimi açıq olacaq.

Asimə Səmədli sərgiyə "Daxilində ruh olanlar" qobelenləri və "Divanə" video-artı ilə qatılmışdır. Qobelen ixtisası üzrə bakalavr dərəcəsi olan Asimə, "Potensial 1,2" sərgisini, Azərbaycan regionları üzrə festival, Beynəlxalq türk xalqları sərgisi, müasir qobelen masrter-klassı, ilk şəxsi "Choice" sərgisinin iştirakmısı olmuşdur. Moskvada keçirilən beynəlxalq sərgi laureatıdır.
[thumb=left]http://realnews.az/uploads/posts/2015-04/1428686226_01.jpg[/thumb
İmran Mehdiyev sərgi üçün "Düymınin gücü" heykəl kompozosiyasını hazırlayıb. Heykəltəraşlıq üzrə maqistr olan İmran, heykəl sənəti üzrə Moskvada keçirilən simpozium (Moskva, Burqanov mərkəzi), "Sərhədsiz incəsənət" (Azərbaycan-Türkiyə) sərgisi və "Jeunes Peintres d'Azerbaïdjan en Belgique" (Belçika) sərgisinin iştirakçısı olmuşdur.
[thumb=left]http://realnews.az/uploads/posts/2015-04/1428686270_01.jpg[/thumb]
Vüsalə Ağarazıyeva "Düymə" sərgisi çərçivəsində keramik düymə qismində olan "Məkan" və "Divanəliyin nəticələri" installasiyasını təqdim edir. "City Art Center" mərkəzinin art-direktoru olan Vüsalə, Azərbaycan Rəssamlar Birliyinin üzvüdür. YARAT çərçivəsində keçirilən "Artım" layihəsi, YARAT master-klassları, ilk peşəkar "Choice" və "Ənənəvi incəsənətlərin təkamülü" sərgilərinin iştirakçısıdır.
Bakıda “Düymə” sərgisinin açılışı olacaq
Mehriban Şəmsədinskaya - layihəyə "Dövrün şahidləri" installasiyası ilə qatılır. "Reklam" ixtisası üzrə bakalavr olan Mehriban, maqistr incəsənət alimi, Azərbaycan Rəssamlar Birliyinin üzvüdür. Сentral Saint Martinsvə Sotheby's rəssamlıq və müasir incəsənət teoriyası üzrə kursları bitirmişdir. YARAT master-klassları, Artım (Zavod) və Artım (Muzey: Basqın) layihələri, "From Waste to Art 2, 3" beynəlxalq sərgisi, ilk peşəkar "Violet" sərgisinin iştirakçısıdır (buro247.az).
Bakıda “Düymə” sərgisinin açılışı olacaq

10-04-2015, 22:18



Fikirlər