Bakıda ailəsi ilə çimərliyə gedən 2 yaşlı uşaq dənizdə boğuldu

Bakıda ailəsi ilə çimərliyə gedən 2 yaşlı uşaq dənizdə boğuldu

Bakıda azyaşlı uşaq dənizdə boğulub.

Trend-in məlumatına görə, hadisə Bilgəh çimərliyində baş verib.

2017-ci il təvəllüdlü Bağırov Mircəfər Ramil oğlu valideynləri ilə Bilgəh çimərliyinə gedib.

Ailə çimərlikdə istirahət edib qayıdarkən azyaşlının yanlarında olmadığını görüb axtarışlara başlayıb.

Axtarış zamanı M.Bağırovun meyiti dənizdən aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

25-06-2019, 16:00



Fikirlər