Azərbaycanda 924 əkiz, 33 üçəm doğulub - Son 4 ayda

Azərbaycanda 924 əkiz, 33 üçəm doğulub - Son 4 ayda

Azərbaycanda bu ilin dörd ayı ərzində doğulan körpələrin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin dörd ayı ərzində 44741 doğulan körpə qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (13,8) qalıb. Doğulanların 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqlarıdır.
Körpələrdən 924-ü əkiz, 33-ü isə üçəm doğulanlardır.

20-06-2019, 10:55



Fikirlər