İki qardaş bir yarışda 5 qızıl, 1 gümüş medal qazandı

İki qardaş bir yarışda 5 qızıl, 1 gümüş medal qazandıMingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində akademik, kayak və kanoe qayıqlarında növbəti avarçəkmə üzrə Beynəlxalq Prezident Kuboku reqatası keçirilib. Milli.Az El TV-yə ( Region TV) istinadən xəbər verir ki, 8 ildir təşkil olunan reqatada Bakı və Mingəçevir avarçəkənlərindən ibarət komandalar mübarizə aparıb.

2000-ci il təvəllüdlü idmançıların yarışında Mingəçevirdən olan Sənan və Kənan Əhmədov qardaşları çıxış etdikləri növlərin hər biri üzrə medal qazanıblar. Onlar tək və iki nəfərlik yarışlarda 200 və 500 metrlik məsafələrdə turniri 5 qızıl, 1 gümüş medalla başa vurublar.

Qeyd edək ki, reqatanı “Bakı 2015” I Avropa Oyunlarının Əməliyyat Komitəsinin nümayəndələri də izləyiblər. Onlar mükafatlandırma mərasimində iştirak ediblər. Fərqlənənlərə diplom və medallar təqdim olunub.

9-04-2015, 21:41



Fikirlər