Masazırda ev partladı, yaralı var

Masazırda ev partladı, yaralı varAbşeron rayonu Masazır qəsəbəsində partlayış baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, fərdi yaşayış evində baş verən partlayış Sarı Aşıq küçəsində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Məlumata görə, partlayış nəticəsində bir nəfər xəsarət alıb.

Yaralı təcili xəstəxanaya çatdırılıb.

Hadisə ilə əlaqədar əlavə məlumat veriləcək.

9-04-2015, 21:40



Fikirlər