Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 1,52% azalaraq 1 barelə görə 62,33 dollar təşkil edib.
APA-nın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında iyulda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 1,2% azalaraq 53,34 dollar təşkil edib.

11-06-2019, 09:29



Fikirlər