Günəş tutulacaq

Günəş tutulacaq

2019-cu ilin ikinci Günəş tutulması baş verəcək.

AMEA Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, ikinci Günəş tutulması (tam tutulma) iyulun 2-3-nə təsadüf edəcək.

Təbiət hadisəsi Bakı vaxtı ilə saat 20:55-də başlayacaq və 01:02-də başa çatacaq.

Günəş tutulması Sakit Okeanın cənub hissəsi, Cənubi Amerika, tam tutulma Çili, Argentina və Sakit okeanın cənubundan aydın görünəcək.

Qeyd edək ki, il Günəş tutulması bu ilin yanvarın 6-da baş verib. Üçüncü isə (halqavarı tutulma) dekabrın 26-da olacaq.

7-06-2019, 14:01



Fikirlər