Çempionlar Liqası: "Canavarlar" "Şəhərlilər"ə, "Barsa" PSJ-yə qarşı

Çempionlar Liqası: "Canavarlar" "Şəhərlilər"ə, "Barsa" PSJ-yə qarşıBu gün Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulacaq.

RealNews.az qol.az-a istinadən xəbər verir ki, son oyun günündə daha 8 qarşılaşma baş tutacaq.

E qrupunun lideri "Bavariya" öz meydanında CSKA (Moskva) klubunu sınağa çəkəcək. Moskva təmsilçisi 1/8 finala yüksəlmək üçün bu görüşdə mütləq qələbə qazanmalıdır. Qrupun digər matçında "Roma" və "Mançester Siti" komandaları üz-üzə gələcəklər. Bu oyunda qalib gələcək komanda 1/8 finalda oynamaq hüququ qazanacaq.

F qrupunun liderləri "Barselona" və PSJ komandaları bu dəfə Kataloniyada münasibətlərinə aydınlıq gətirəcəklər. Qrupu lider kimi başa vurmaq üçün Paris təmsilçisini bir xal da qane edəcək. Digər oyunda "Ayaks" APOEL-lə qarşılaşacaq. Hollandiya klubu bir xal qazanacağı təqdirdə mübarizəni Avropa Liqasında davam etdirəcək.

G qrupunda lider "Çelsi" klubu öz meydanında "Sportinq"lə üz-üzə gələcək. Artıq qrup liderliyini təmin etmiş "Çelsi" üçün bu görüş formal xarakter daşıyacaq. "Sportinq" klubu isə mübarizəni davam etdirmək üçün bu görüşdən ən azı bir xalla ayrılmalıdır. Səfərdə "Maribor"un qonağı olacaq "Şalke" isə 1/8 finala yüksəlmək üçün rəqibinə mütləq qalib gəlməlidir.

H qrupunda "Portu" öz meydanında "Şaxtyor" (Donetsk) klubunu qəbul edəcək. Artıq hər iki komanda 1/8 finala vəsiqəni təmin etdiyindən bu görüş onlar üçün formal xarakter daşıyacaq. Qrupun digər matçında "Atletik" (Bilbao) və BATE komandaları qarşılaşacaqlar. Mübarizəni Avropa Liqasında davam etdirmək üçün Bilbao təmsilçisini bu oyunda 1 xal da qane edəcək.

Qeyd edək ki, dünən keçirilən 8 oyundan sonra "Atletiko" (Madrid, İspaniya), "Yuventus" (İtaliya), "Real" (Madrid, İspaniya), "Bazel" (İsveçrə), "Monako" (Fransa), "Bayer" (Leverkuzen, Almaniya), "Borussiya" (Dortmund, Almaniya) və "Arsenal" (İngiltərə) klubları 1/8 finala yüksəliblər.

10-12-2014, 09:52



Fikirlər