Milli Qurtuluş Günü münasibətilə Kiyevdə milli mətbəx nümunələrimiz nümayiş etdiriləcək

Milli Qurtuluş Günü münasibətilə Kiyevdə milli mətbəx nümunələrimiz nümayiş etdiriləcək

15 iyun - Milli Qurtuluş Günü münasibətilə Kiyevdə milli mətbəx nümunələrimiz nümayiş etdiriləcək.

AZƏRTAC xəbər verir ki, iyunun15-16-da Kiyevdə “Water Summer Activity 2019” festivalı çərçivəsində Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə iştirakçılara milli mətbəx nümunələrimizdən olan plov, dolma, qutab təqdim ediləcək. Aşpazlar tərəfindən bu yeməklərin hazırlanmasına dair master-klass keçiriləcək.

Məqsəd Azərbaycanın milli mətbəxini, mədəniyyətini beynəlxalq səviyyədə təqdim etməkdir.

4-06-2019, 13:19



Fikirlər