Daha bir serial dayandırıldı

Daha bir serial dayandırıldıStar TV-nin yeni serialı "Sərçə sarayı"nın izləyicilərinə pis xəbər var.

Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Ömür Altayın rejissor olduğu, baş rollarında Songül Öden, Mert Fırat, Alican Yücesoy və başqaları olan serialın bu həftə 5-ci seriyası yayımlanıb. Lakin izlənmə reytinqlərində gözlənilən nəticəni əldə etməyərək ilk 10-luğa daxil olmayıb.

Bu səbəbdən şirkət və kanal razılığa gələrək artıq çəkilmiş seriyaların yayımından sonra ekran işini bitirmək qərarına gəliblər.

5-04-2015, 21:11



Fikirlər