Bakıda silahlı şəxslər Yasin Bəxtiyarovu girov götürdü

Bakıda silahlı şəxslər Yasin Bəxtiyarovu girov götürdü

Bakıda 41 yaşlı kişi girov götürülüb.

realnews.az xəbər verir ki, ONA-nın məlumatına görə, Bakı şəhər sakini, 1957-ci il təvəllüdlü Səbirə İsrafil qızı Bəxtiyarova Nizami rayon Polis İdarəsinı ərizə ilə müraciət edərək oğlu, 1978-ci il təvəllüdlü Yasin Bəxtiyarovun mayın 28-də paytaxtın M.Şərifli küçəsindən qaçırıldığını bildirib.

O, şikayət ərizəsində qeyd edib ki, oğlunu 3 naməlum şəxs silahla hədələyərək avtomobilə mindirərək naməlum istiqamətdə aparıblar. Həmin şəxslər ondan övladını azad etmək üçün 10 min manat pul tələb ediblər.

Qadın tələb olunan pulun 8 min manatını verib.
Daxil şikayət əsasında araşdırmalara başlanıb.

31-05-2019, 11:39



Fikirlər