Dollar 40 ilin rekordunu vurur

Dollar 40 ilin rekordunu vururDolların dəyəri 12 illik ən yüksək həddə çatıb və bu yüksəlişin yaxın zamanlarda dayanması gözlənilmir. Belə ki, dolların dəyəri, demək olar, 40 ildir olmadığı qədər sürətlə yüksəlir.

Ancaq dolların dəyəri təkcə avroya yox, bütün valyutalara nəzərən yüksəlməkdədir. Buna görə də, ABŞ iqtisadiyyatı Federal Ehtiyat Sistemi faiz dərəcələrini qaldıra biləcək qədər yaxşı, qalan ölkələrin iqtisadiyyatı isə faiz dərəcələrini azaldacaq qədər pis işləyir və bu, heç də şişirtmə deyil. Ötən bir neçə ay ərzində pul siyasətini yüngülləşdirən ölkələr heç də az deyil və bu ölkələrə Avstraliya, Kanada, Çili, Çin, Danimarka, Misir, Hindistan, İndoneziya, İsrail, Peru, Polşa, Rusiya, Sinqapur, Cənubi Koreya, İsveç, İsveçrə, Tayland, Türkiyə və bütün bunlardan ən önəmlisi yeni buraxılmış pullarla istiqrazlar alan avrozona ölkələri daxildir. Buna kəmiyyət baxımından monetar liberallaşdırma da deyilir. (ing. quantitative easing) və Yaponiya da bu üsuldan istifadə edib və indi də edir. Nəticə isə odur ki, investorlar ABŞ-da başqa yerlərdə əldə edə biləcəklərindən daha yaxşı gəlir götürürlər. Hansını seçərdiniz? – ABŞ-dan 2,05 faizlə 10 illik istiqraz, yoxsa Almaniyadan 0,28 faizlə 10 illik istiqraz? Elə buna görə də, investorlar pullarını bura gətirir və dolların dəyərinin qalxmasına təkan verirlər.

Əslində, təkan verirlər demək kifayət olmaz. Dolların dəyəri həddən artıq sürətlə yüksəlir. Citigroup Böyük Onluq ölkələri üzrə valyuta strategiyası rəhbəri Stiven Enqlanderin dediyi kimi, dolların dəyəri ticarət üzrə ölçülən valyuta məzənnəsi ilə 175 iş günü ərzində faiz baxımından daha da artıb. Bu vəziyyət isə yalnız Federal Ehtiyat Sistemi iyun ayında faiz dərəcələrini qaldırarsa, davam edəcək. FES-in üçüncü gün keçiriləcək növbəti görüşdə faiz dərəcələrinin qaldırılması barədə artıq “səbirli” olmayacağını deməklə bu istiqamətdə ilk addımı atacağı gözlənilir.

Ancaq əgər FES faiz dərəcələrini qaldıra biləcəyini dəfələrlə bildiribsə və əgər həqiqətən də dediyi kimi faiz dərəcələrini qaldırarsa, dolların dəyəri niyə artsın? Bu sualın cavabı odur ki, bazarlarda Federal Ehtiyat Sisteminə inam yoxdur. İnvestorlar əvvəllər FES-in iyun ayında faiz dərəcələrini qadıracağı ehtimalının 50 faiz olduğunu düşünürdülər, lakin sonra inflyasiya səviyyəsi 18 faizə düşdü. Hətta işsizliyin normal səviyyəyə yaxın olması belə onları FES-in siyasəti sağlamlaşdıracağına razı salmaq üçün kifayət olmayıb.

Düzdür, getdikcə daha çox investor FES-i dinləməyə və iyunda faiz dərəcələrinin qaldırılacağı ilə bağlı bəhsə girməyə başlayırlar. Buna baxmayaraq, FES-in “səbrsizliyi” tezliklə faiz dərəcələrinin qaldırılması ilə nəticələnərsə, bazarlar üçün bu, gözlənilməz ola, dolların dəyəri daha kəskin şəkildə arta və hətta ABŞ şirkətləri üçün xaricə ixracı və ölkədaxili idxalda rəqabəti çətinləşdirərək iqtisadiyyatın bərpasına maneə törədə bilər. Bəs niyə görə faiz dərəcəsində kiçik bir artımın bu qədər böyük əhəmiyyəti var? Əgər FES faiz dərəcələrini bu gün etməli olduğunu düşündüyümüzdən daha tez qaldırarsa, daha sonra etməli olduğundan daha çox artıra bilər.

Yeganə sual isə dolların dəyərinin daha nə qədər yüksələcəyidir: rekord həddə çatıb tarixə düşəcək, yoxsa bu göstərici rekord həddən bir qədər az olacaq?

26-03-2015, 01:02



Fikirlər