Azərbaycan-Malta matçını o idarə edəcək

Azərbaycan-Malta matçını o idarə edəcəkFutbol üzrə 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan və Malta milli komandaları arasında Bakıda keçiriləcək oyunun hakim briqadası bəlli olub.

Milli.Az APA-ya istinadən bildirir ki, martın 28-də Tofiq Bəhramov adına stadionda oynanacaq matçı Türkiyənin tanınmış hakimi Halis Özkahya idarə edəcək. Yan xətt hakimləri Cem Satman və Əkrəm Kan, dördüncü hakim Kamal Yılmaz, əlavə köməkçi hakimlər isə Tolqa Özkalfa və Mete Kalkavan olacaq.

Matç Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.

25-03-2015, 15:58



Fikirlər