Erix Mariya Remarkın qadınlar haqqında fikirləri

Erix Mariya Remarkın qadınlar haqqında fikirləri- Heç kim qadın hiyləsinə dayana biləcək möhkəm divarlar tikə bilməz.
- Qadınla mübahisə etmək mümkün deyil. Ən pis halda ona hirslənmək olar.
- Qadın xoşbəxt olanda onun haqqında çox şey demək olmur. Amma bədbəxt olanda nə qədər şey danışmaq olar…
- Qadınlar sevəndə ağıllanırlar, amma kişilər başlarını itirirlər.
- Mənə elə gəlir ki, qadın heç vaxt kişiyə onu sevdiyini deməməlidir. Qoy onun parıldayan gözləri desin bunu.
- Əgər qadın başqasına aiddirsə, o 5 dəfə daha artıq arzu ediləndir.
- Əgər qadın əsəbiləşirsə, deməli o həm haqsızdır, həm də haqsız olduğunu bilir.
- Qadınlar həmişə kişilərin unutduqları şeylərə görə narahat olurlar, kişilər isə qadınların xatırladıqları şeylərə görə.
- Qadına heç nəyi başa salmaq lazım deyil, ancaq hərəkət etmək lazımdır.
- Ana olmamış qadın onun taleyinə yazılmış ən möhtəşəm şansı qaçırmış qadındır.
- Sevgi… qadını daha itigözlü edir.
- Qadını sevməkdən xilas olmağın yolu onunla müntəzəm olaraq yatmaqdır. Təxəyyüllə azadlıq vermək olmaz.
- Ləçər, yoxsa müqəddəs?.. Nəticədə hansısa bir fərqi varmı? Əsas odur bizim özümüz ona necə yanaşırıq?
- Qadın – sizin üçün metaldan hazırlanmış mebel deyil, o – çiçəkdir. O, işgüzarlıq istəmir. Ona işıqlı, xoş sözlər lazımdır. Onun üçün bütün ömrü boyu çalışmaqdansa, ona hər gün xoş sözlər demək yaxşıdır.
- Qadınlara ya gərək ibadət edəsən, ya da tərk edəsən. Qalan hər şey yalandır.
- Mən onun yanında dayanıb, ona qulaq asırdım, gülürdüm və düşünürdüm ki, qadını sevib, eyni zamanda kasıb olmaq necə də dəhşətlidir.
- Bir şeyi yadda saxla: qadının gözündə bir də heç vaxt onun üçün nəsə edəndə göründüyün kimi gülməli görünməyəcəksən.

25-03-2015, 15:52



Fikirlər