Prezident İlham Əliyev İspaniyanın Kralına başsağlığı verib

Prezident İlham Əliyev İspaniyanın Kralına başsağlığı veribAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı verib.

Realnews.Az AZƏRTAC-a istinadən xəbər verir ki, başsağlığında deyilir:

"Əlahəzrət,

"Germanwings" şirkətinə məxsus A320 təyyarəsinin Fransanın cənub-şərqində qəzaya uğraması nəticəsində çoxlu sayda həmvətəninizin həlak olması xəbəri məni olduqca kədərləndirdi.

Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm".

24-03-2015, 20:41



Fikirlər