Xalq artisti: "Qulaq falına çıxanda eşitdim ki..."

Xalq artisti: "Qulaq falına çıxanda eşitdim ki..."Xalq artistinin evinə papaq atdılar.

Region TV-də yayımlanan “Şou məkan” verilişinin komandası tanınmış aşıq Samirə ilə birgə xalq artisti Canəli Əkbərovun evinə papaq atıblar.

Xalq artistinin evinə qonaq olan komanda sənətçi ilə bayramlaşıb, muğam ustadından keçmiş Novruz bayramları haqda xatirələr dinləyib.

"Yadıma gəlir ki, uşaq vaxtı, bayram ərəfələrində atamla ceyran ovlamağa gedərdik. O dövrün bayramları başqa cür idi. Uşaq vaxtı papaq atmışam, qulaq falına da çıxmışam. 10-cu sinifdə imtahana hazırlaşırdım deyə qulaq falına çıxdım. Qulaq falına çıxanda eşitdim ki, anam atama deyir ki, narahat olma, o, kəlləli uşaqdır, hər şey yaxşı olacaq".

24-03-2015, 16:26



Fikirlər