Problemli kreditlər – şikayətlər var...

Problemli kreditlər – şikayətlər var...

Problemli kreditlər ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası yanında yaradılan Apellyasiya Komissiyasın edilən müraciətlərə cavab verməməsilə bağlı şikayətlər var.



İqtisadçı Vüqar Bayramov Modern.az-a deyib ki, mövcud qaydalara əsasən, komissiya 30 iş günündə müraciətləri cavablandırmalıdır:



“Yəni 30 gün deyil, 30 iş günü ərzində müraciətlərə baxılır. Bu baxımdan, hər bir müraciətçi ərizəsini təqdim etdiyi günü nəzərə almaqla Palatadan nə zaman cavab alacağını müəyyənləşdirə bilər. Müraciətlərə cavab hətta kompensasiyalar verilib qutardıqdan sonra gəlsə belə, bu, problem yaratmır. Çünki müraciətinə müsbət cavab verilmiş kreditorlar üzrə kompensasiya ödənişi həyata keçiriləcək. Yəni, kompensasiyaların verilməsinin bu ayın sonu başa çatmasına baxmayaraq, Apellyasiya Komissiyası hər hansı bir probemli kreditə ödəniş edilməsi ilə bağlı iyun ayında qərar qəbul edərsə, o ödəniş həyata keçiriləcək”.



Ekspertin sğzlərinə görə, bütövlükdə proses ilin sonunadək tamamlanacaq:



“Komissiya müraciətə mənfi cavab verərsə, o zaman vətəndaşın həmin qərardan məhkəməyə müraciət etmək hüququ var. Bu o deməkdir ki, komssiyanın qərarı son mərhələ deyil”.

20-05-2019, 10:32



Fikirlər