Bakıdakı finalda oynamayacağı dəqiqləşdi

Bakıdakı finalda oynamayacağı dəqiqləşdi

"Çelsi"nin futbolçusu Ruben Loftus-Çik bu gün əməliyyat olunacaq.

Qol.az-ın xəbərinə görə, bu barədə klubun saytı məlumat yayıb. "Nyu-İnqlend Revolyuşn"la yoxlama matçında zədələndiyi üçün əməliyyat olunacaq 23 yaşlı yarımmüdafiəçinin bərpa müddəti məlum deyil. Ancaq onun Avropa Liqanın Bakıdakı finalında "Arsenal"a qarşı oynamayacağı dəqiqdir.

Qeyd edək ki, "Çelsi" və "Arsenal" arasında final görüşü mayın 29-u Bakı Olimpiya Stadionunda keçiriləcək.

17-05-2019, 12:21



Fikirlər