Göygöldə bədbəxt hadisə - Bir torba göyərtiyə görə canından oldu

Göygöldə bədbəxt hadisə - Bir torba göyərtiyə görə canından oldu
Göygöldə bədbəxt hadisə baş verib.

Open.az-ın məlumatına görə, 1954-cü il təvəllüdlü Göygöl rayon sakini Qədirova Qərənfir Nadir qızı həmkəndlisi 1956-cı il təvəllüdlü Əliyev Barisin idarə etdiyi VAZ-2106 markalı 22-BD-108 dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygül rayon Quşqara kəndi ərazisində hərəkətdə olarkən əvvəlcədən naməlum avtomobildən yolun ortasına düşən göyərti torbasını görüb və onu avtomobildən düşərək götürmək istəyib.

Bu zaman eyni istiqamətdə hərəkətdə olan Şahmalıyev Nemətin idarə etdiyi VAZ-2106 markalı 15-BB-992 dövlət qeydiyyat nişanlı avtomobillə vurulub. Nəticədə Qədirova Qərənfir ölmüş vəziyyətdə Gəncə şəhər 3 saylı təcili tibbi yardım xəstəxanasına daxil olub. Məlumatla əlaqədar Göygöl rayon prokurorluğunda CM-nin 263.2-ci maddəsi ilə cinayət işi açılılaraq istinataq aparılır.

16-05-2019, 15:53



Fikirlər