""Çelsi" özünü rahat hiss edə bilər"

""Çelsi" özünü rahat hiss edə bilər""Arsenal"ın baş məşqçisi Arsen Venger "Newcastle United" üzərində qazanılan qələbədən (2:1) sonra açıqlama verərək mübarizənin əsasən 3-cü pillədən aşağıda getdiyini deyib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, fransalı mütəxəsis qarşıdakı oyunlarda qələbə qazanmalı olduqlarını da qeyd edib.

"Çelsi"nin durumu yaxşıdır. Hazırda mənə elə gəlir ki, komanda özünü rahat hiss edə bilər. Bizim qarşımızda "Mançester Siti" var. Amma 3-cü yerdən sonra gərgin mübarizə başlayır. Buna görə vacib oyunlarda qələbə qazanmaq lazımdır. "Arsenal" bir-birinin ardınca uğurlu oyunlar keçirməyə cəhd edəcək. Qarşımızda duran vəzifə budur".

22-03-2015, 21:28



Fikirlər