Bakı finalının biletlərinin çoxu satıldı

Bakı finalının biletlərinin çoxu satıldı

Bakı Avropa Liqasının finalına artıq 16 gün qalır. Paytaxtımızda keçiriləcək möhtəşəm oyun üçün satışa çıxarılan biletlərin əksəriyyəti artıq satılıb.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Firuz Abdullanın "Qafqazinfo”ya verdiyi məlumata görə, Bakıda satılan 10 min biletdən 9 mindən çoxu artıq öz sahibini tapıb.

1000-ə yaxın bilet isə kassalarda qalıb.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.(qaynarinfo.az)

14-05-2019, 17:48



Fikirlər