İran sərhədində qarlar əridi – 9 nəfərin meyiti AŞKARLANDI

İran sərhədində qarlar əridi – 9 nəfərin meyiti AŞKARLANDI

Türkiyənin İranla sərhədində yerləşən Van şəhərində qarların əriməsindən sonra meydana çıxan görüntü insanları şoka salıb.

Qarın əriməsindən sonra 9 nəfər kişinin meyiti aşkarlanıb.

Ehtimal olunur ki, onlar qaçaq yolla İrandan Türkiyəyə keçmək istəyərkən donaraq ölüblər.

Van jandarmasından verilən məlumata görə, aidiyyatı qurumlar tərəfindən ölənlərin şəxsiyyətinin müəyyən olunması istiqamətində çalışmalar davam edir.

14-05-2019, 13:10



Fikirlər