Yağıntılı hava şəraiti neçə gün davam edəcək? – Nazirlik rəsmisi DANIŞDI

Yağıntılı hava şəraiti neçə gün davam edəcək? – Nazirlik rəsmisi DANIŞDI

Xəbər verdiyimiz ki, mayın 11-dən səhər saat 08:00 radələrindən respublikanın əksər bölgələrində yağıntılı hava şəraiti davam edib, ayrı-ayrı rayonlarda leysan xarakterli olub. Ən çox düşən yağıntının miqdarı Zaqatalada 58 mm, Balakəndə 49 mm, Şəmkirdə 26 mm, Kişçayda 23 mm, Lerikdə 11 mm təşkil edib. Digər bölgələrdə 1.0-8.0 mm olub. Abşeron yarımadasında səhər saat 0.7 radələrində Zabratda, Binədə 0.4 mm, Maştağada 1.0 mm, Bakıda 3.0 mm yağış qeydə alınıb.

Sonxeber.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib ki, ölkə ərazisində yağıntılı hava şəraiti mayın 14-nə kimi davam edəcək:

"İlkin məlumata görə, yağıntılı hava şəraiti mayın 14-nə kimi davam edəcək. Bəzi bölgələrdə intensiv xarakterli olacaq. Güclü şimal küləyi gözlənilməsə də, qərb küləyi müşahidə olunacaq".

11-05-2019, 12:20



Fikirlər