Erməni əsgər Azərbaycan ordusu tərəfə keçdi

Erməni əsgər Azərbaycan ordusu tərəfə keçdiErmənistan silahlı qüvvələrinin əsgəri Andranik Qriqoryan Azərbaycan ordusunun mövqeləri tərəfə keçib.

Realnews.Az Day.Az-a istinadən bildirir ki, bu barədə İnterfax xəbər yayıb.

Gazeta.ru yazır ki, 24 yaşlı əsgər silah və sursatını döyüş mövqeyində qoyaraq postu tərk edib və Azərbaycan mövqelərinə tərəf gəlib.

Xatırladaq ki, bir neçə gün öncə əsgərlərimiz erməni təxribatçı qrupunun həmləsini dəf edərək 20-dək erməni hərbçini öldürüb və yaralayıblar.

22-03-2015, 18:08



Fikirlər