Prosineçkinin ilk rəsmi heyəti

Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, xorvatiyalı baş məşqçi Robert Prosineçki bu postdakı debüt matçı üçün futbolçuların Prosineçkinin ilk rəsmi heyətisiyahısını müəyyənləşdirib.

O, martın 28-də Malta ilə Bakıda keçiriləcək qarşılaşmaya 24 oyunçu dəvət edib. AVRO-2016-nın seçmə oyununa dəvət alan futbolçular martın 22-də təlim-məşq toplanışına start verəcəklər. Millimiz maltalılarla qarşılaşmaya paytaxtda hazırlaşacaq.

Maraqlıdır ki, Prosineçki Topaz Premyer Liqasının yalnız 5 klubundan futbolçu dəvət edib. Onun “Neftçi”nin heç bir oyunçusuna güvənməməsi də diqqət çəkir. O, “ağ-qaralar”la yanaşı, “Simurq”, AZAL və “Bakı”nın da üzvlərinə etimad göstərməyib.

Qapıçılar: Kamran Ağayev (“Kayserispor”, Türkiyə), Səlahət Ağayev (“İnter”), Andrey Popoviç (“Sumqayıt")

Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev (hamısı “Qarabağ”), Ruslan Abışov (“Qəbələ”), Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov (hər ikisi “İnter”), Mahir Şükürov (“Karşıyaka”, Türkiyə)

Yarımmüdafiəçilər: Qara Qarayev, Namiq Ələsgərov, Cavid Tağıyev (hamısı “Qarabağ”), Cavid Hüseynov (“Qəbələ”), Əfran İsmayılov, Coşqun Diniyev, Elvin Məmmədov (hamısı “İnter”), Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Dmitri Nazarov (“Karlsrue”, Almaniya)

Hücumçular: Eddi İsrafilov (“Qranada”, İspaniya), Ruslan Qurbanov (“Hayduk”, Xorvatiya), , Məhəmməd Qurbanov (“Sumqayıt”), Vaqif Cavadov (“Boluspor”, Türkiyə), Vüqar Nadirov (“Qarabağ”)

19-03-2015, 21:46



Fikirlər