Şəkidə maşın ağaca çırpıldı

Şəkidə maşın ağaca çırpıldı"Kanal S" (Region TV)-nin məlumatına görə, bu gün saat 16 radələrində Şəkiyə giriş yolunun 8-ci km-də Şəkinin Öyrət kəndi ərazisindən keçən hissəsində yol qəza hadisəsi baş verib.

Qəza zamanı İnqilab adlı şəxs idarə etdiyi 90-FZ-384 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə magistral yol istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yoldan çıxıb. Nəticədə avtomobil yol kənarında olan ağaca çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır. Qəzanın dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

19-03-2015, 21:32



Fikirlər