“Telman İsmayılovun 4 şirkəti Cahangir Hacıyevin tanışının nəzarətinə keçdi”

“Telman İsmayılovun 4 şirkəti Cahangir Hacıyevin tanışının nəzarətinə keçdi”

“Beynəlxalq Bank” işində ilginc ifadələr: “Ənuşə Ənsari ABŞ-da “Ağıllı ev” layihəsi üçün bankdan 12 milyon dollar kredir götürdü”
“Borcunu ödəyə bilməyən Telman İsmayılov 4 şirkətini Cahangir Hacıyevin tanışı olan, Xəqani Bəşirovun nəzarətində olan şirkətlərə keçirdi”.

Bizimyol.info xəbər verir ki, bunu “Beynəlxalq Bank” işi üzrə təqsirləndirilən Cahangir Hacıyev və digərlərinin məhkəməsində şahid Fuad Abdullayev deyib. O bildirib ki, 1992-ci ildən Beynəlxalq Bankında çalışıb, 2001-ci ildə isə bankın Moskva filalının rəhbəri olub, hazırda işsizdir.

“Telman İsmayılovun 4 şirkəti Cahangir Hacıyevin tanışının nəzarətinə keçdi”
Cahangir Hacıyev
Şahid bildirib ki, Cahangir Hacıyev bankın rəhbəri olandan sonra məni Moskva filialına rəhbər təyin edib. “ Orada bir çox layihə işləri həyata keçirildi. Bəzi götürülmüş kreditləri ödənilib. Mən 2015-ci ildə bankdan ayrılandan sonra götürülmüş kreditlərin aqibətin xəbərim yoxdur. Kreditlərin verilməsində göstərişi Cahangir Hacıyev verib”.

Bankdan kredit götürənlər arasında kifayət qədər tanınmış şəxslər də olub.

“Rusiyada yaşayan azərbaycanlı iş adamı, Telman İsmayılov bankdan 70 milyon dollar kredit götürüb. O, Odessa şəhərində ticarət şirkətlərinin inşaası üçün Beynəlxalq Bankın Moskva filialına müraciət etdi. Ona layihə üçün kredit verildi. Lakin Telman İsmayılovun işlərində problemlər yarandı, krdeditləri ödəyə bilmədi, 2013-cü ildə ödənişləri dayandırdı”.

Şahid vurğulayıb ki, buna görə də T.İsmayılov 4 şirkəti Cahangir Hacıyevin adamlarının adına keçirib.

“Qazaxıstanda “Kultuk” neft yatağı alındı”

F.Abdullayev qeyd edib ki, bankda 69 veksel əməliyyatı həyata keçirilib. Onun sözlərinə görə, Qazaxıstanda “Kultuk” neft yatağı alınıb: “Mən Cahangir müəllimi Emin Sadiq adlı şəxslə tanış elədim. Neft yatağının alınması ilə bağlı razılıq əldə edildi. Həmin yataq bir neçə şəxsin adına rəsimləşdi. Bankın adına isə – bankın Hətəm Həsənovun adlı əməkdaşının adına 60 faiz rəsimləşdi. Sonra Qazaxıstanda yeni şirkət yaradıldı, Emin Sadiq, Fuad Hüseynli, yerli vətəndaş olan bir nəfər və Cahangir Hacıyevin adına rəsmiləşmə oldu. Bankı Luksenburq şirkəti, yəni Xəqani Bəşirov təmsil edirdi. Yatağın alınmasına isə 16 milyon dollar pul verilib. Hazırda Qazaxıstan məhkəməsində bu işlə bağlı məhkəmə çəkişmə gedir”.

“Ənuşə Ənsari ABŞ-da “Ağıllı ev” layihəsi üçün bankdan 12 milyon dollar kredir götürdü”

F.Abdullayev vurğulayıb ki, layihəyə ayrılan pullardan C.Hacıyevin xəbəri olub, onun göstərişi ilə həyata keçirilib.

F.Avdullayev bildirib ki, ilk turist kosmonavt müsəlman qadın olan Ənuşə Ənsari də bankdan kredit götürüb: “Ənuşə Ənsari ABŞ-da “Ağıllı ev” layihəsi üçün bankdan 12 milyon dollar kredir götürdü. Sonra kreditin faizi ödənildi, əsas borc isə qalıb. Mən işdən ayrılandan sonra bu barədə məlumatım yoxdur”.
Proses mayın 6-da davam edəcək.

Bu iş üzrə Cahangir Hacıyevlə birlikdə onun bacanağı İsmayıl Hidayətzadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov da ittiham edilir.

Onlara qarşı mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması, vergidən yayınma və başqa maddələrlə ittihamlar irəli sürülüb. Dəymiş ümumi ziyan 4.7 milyard hesablanıb.

İş üzrə zərərçəkmiş qismində “Azərbaycan Beynəlxalq Bankı” tanınıb. Mülki iddiaçı “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatı 3 milyard 700 min manatdan artıq, Vergilər Nazirliyi isə 1 milyon 752 min 359 manatlıq mülki iddia qaldırdırıb.

C.Hacıyev və digərləri özlərini təqsirli bilmədiklərini, mülki iddiaları da qəbul etmədiklərini deyiblər.
Qeyd edək ki, C.Hacıyev və təqsirləndirilənlərdən 3 nəfər hazırda həbsdədir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayət-zadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apllyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayət-zadənin cəzasını 5 ilə endirib.

29-04-2019, 15:45



Fikirlər