Hava Hücumundan Müdafiə bölmələrinin taktiki-xüsusi təlimi keçirilib

Hava Hücumundan Müdafiə bölmələrinin taktiki-xüsusi təlimi keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) Hava Hücumundan Müdafiə (HHM) hissə və bölmələrinin taktiki-xüsusi təlimi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim zamanı həyəcan siqnalı ilə qaldırılan bölmələr təyin edilmiş rayonlara çıxarılıb. Şərti düşmənin hava hədəflərinin aşkarlanması və verilən tapşırığa əsasən qərar qəbuletmə prosesinə uyğun qərargahların fəaliyyətləri məşq etdirilib

29-04-2019, 12:59



Fikirlər