ÜST Azərbaycanda peyvəndlərin saxlanması ilə bağlı: Soyuq zəncir prinsipinə əməl edilir

ÜST Azərbaycanda peyvəndlərin saxlanması ilə bağlı: Soyuq zəncir prinsipinə əməl edilir

Azərbaycana gətirilən peyvəndlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) standartlarına cavab verir və onların əksəriyyəti Avropa ölkələrindən gətirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib.

Onun sözlərinə görə, Azərbaycana peyvəndlər UNICEF-in xətti ilə gətirilir və çoxu 1 dozalı olur.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ofisinin rəhbəri Hande Harmançı isə deyib ki, Azərbaycanda peyvəndlər soyuq zəncir prinsipinə uyğun olaraq çox düzgün qaydada saxlanılır: "Peyvəndlərlə bağlı hər kəsin üzərinə iş düşür. Valideynlər uşaqlarını vaxtında peyvənd etdirməli, səhiyyə işçiləri daha çox sayda insanların peyvənd edilməsi üçün iş aparmalıdır".

H.Harmançı məlumat verib ki, peyvəndlər dünyada milyonlarla uşağın həyatını qoruyur: "Hazırda dünyada 18 xəstəlik peyvəndlərlə qoruna bilir. Bunlar sarı qızdırma, göy öskürək, qızılca, epidemik parotit, difteriya, pnevmakok və başqalarıdır".

24-04-2019, 12:30



Fikirlər