Millimizin sabiq üzvünü küçənin ortasında döydülər

Millimizin sabiq üzvünü küçənin ortasında döydülər

Azərbaycan futbol üzrə milli komandasının keçmiş üzvü (2007-2011) Saşa Yunisoğlu küçənin ortasında döyülüb.

Unikal.org xəbər verir ki, 2 nəfər naməlum şəxs Xətai rayonu N.Rəfiyev küçəsində xuliqanlıq zəminində Bakı şəhər sakini Saşa Yunisoğluya hücum çəkib.

Polisə bu barədə zərərçəkən özü şikayət edib. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

22-04-2019, 15:48



Fikirlər