Prezident İlham Əliyev AŞPA-nın siyasi işlər və demokratiya komitəsinin məruzəçisini qəbul edib

Prezident İlham Əliyev AŞPA-nın siyasi işlər və demokratiya komitəsinin məruzəçisini qəbul edibRealNeüs.az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də Avropa Şurası Parlament Assambleyasının siyasi işlər və demokratiya komitəsinin məruzəçisi Robert Uolteri qəbul edib.

Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın inkişafı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi və münaqişənin nizama salınması perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

13-03-2015, 15:04



Fikirlər